10:11 - 24.10.2025
24 oktyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,3 ABŞ dolları, yaxud 5,2 % artaraq 66,75 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.
8 Avqust 2026
8 Avqust 2026