09:32 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti cümə axşamı hərracda artır.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri saat 09:30-a olan məlumata görə $2,35 (3,75%) artaraq bir barel üçün $64,94-a yüksəlib. Oktyabrın 22 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,27 (2,07%) artaraq bir barel üçün $62,59-a çatıb.
Saat 09:30-a olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $2,28 (3,90%) artaraq bir barel üçün $60,78-a yüksəlib. 22 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,26 (2,20%) – bir barel üçün $58,50-a yüksəldi.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026