15:13 - 20.10.2025
20 oktyabr, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 20-də 366 milyon 941 min 291 kVt/saat həcmində sifariş alıb.
ABC.AZ TAP-ın elektron platformasına istinadən xəbər verir ki, Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir. Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 31 milyon 610 min 730 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin eyni günü ilə müqayisədə 4,16 % çoxdur.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 20-də 297 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,83 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 21-dən 27-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 14-ə olan sifariş göstəriciləri ilə müqayisədə 8,56 % azdır. Oktyabrın 15-nə və 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,259 % azdır.
Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 17-ə olan sifariş göstəriciləri ilə müqayisədə 13,92 % azdır. Oktyabrın 19-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,2 % azdır.
Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 283 milyon 332 min 445 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin şənbə günü ilə müqayisədə 6,47 % azdır.
8 Avqust 2026
8 Avqust 2026