10:38 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1 % artaraq 21 milyard 798,7 milyon kVt/saat olub.
ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə ölkədə enerji istehsalı və ixracı ilə bağlı açıqladığı operativ məlumatlarda qryd edilib.
Bildirilib ki, bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 18 milyard 659,6 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 414,3 milyon kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 milyon kVt/saat artımla 3 milyard 139,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 19 milyard 520,7 milyon kVt/saat (İES-lərdə 17 milyard 70,6 milyon kVt/saat, SES-lərdə 2 milyard 401,1 milyon kVt/saat, GES-lərdə 49 milyon kVt/saat, "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 21,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 256,5 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 milyon kVt/saat, ixracı isə 989,6 milyon kVt/saat olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026