12:07 - 13.10.2025
13 oktyabr, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
ABC.AZ-ın məlumatına görə, Azərbaycan və ABŞ arasında institusional əsasların möhkəmləndirilməsi, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkənin iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.
Tərəflər Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026