12:53 - 9.10.2018
9 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
“Oktyabrın 9-da Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Oktyabrın 4-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.