YouTube, Kapitoliyə hücumdan sonra Trampın hesabını blokladığına görə ona 22 milyon dollardan çox pul ödəyəcək

14:11 - 30.09.2025


30 sentyabr, Fineko/abc.az. YouTube Donald Tramp və 2021-ci il 6 yanvar hadisələrindən sonra platforma tərəfindən bloklanmış digər iddiaçılarla bağlanmış sülh sazişi çərçivəsində 24,5 milyon dollar ödəməyə razılaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nyu-York Times məhkəmə sənədlərinə istinadən yazır.

Bu məbləğdən 22 milyon dolları Tramp özü alacaq. Vəkillərinin sözlərinə görə, o, pulu xeyriyyəçiliyə və Ağ Evdə bal salonunun tikintisinə verməyi planlaşdırır. Qalan 2,5 milyon dollar yazıçı Naomi Vulf və Amerika Mühafizəkar Birliyi də daxil olmaqla digər iddiaçılar arasında bölüşdürüləcək.