Azərbaycan və Türkiyə süni intellekt sahəsində protokol imzalayıb

15:59 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirərək ilk 20 ölkə arasında yer almağı hədəfləyir.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının (AİPA) sədri Zəfər Küçükşabanoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə tarixi protokol imzalayıb, bu sənəd çərçivəsində biliklərini, şəbəkələrini və imkanlarını birləşdirərək süni intellektin yaratdığı iqtisadi imkanlardan maksimum faydalanmağı planlaşdırır:

"2030-cu ilə qədər dünya üzrə 15,7 trilyon dollarlıq iqtisadi həcmin süni intellekt vasitəsilə yaradacağı imkanlardan həm Türkiyənin, həm də Azərbaycanın payını artırmaqdır".

Qonaq əlavə edib ki, süni intellekt yalnız Türkiyəni və Azərbaycani deyil, bütün dünyanı təsir edən bir texnologiyadır.

"İqlim dəyişikliyi, xarici siyasət, idman, iqtisadiyyat, enerji və təhsil sahələrində həyatı dəyişdirir. Bu səbəbdən beynəlxalq əməkdaşlıq çox önəmlidir", – deyə o vurğulayıb.

Müəllif: Elmir Murad