Biz insan kapitalına bütün səviyyələrdə intensiv şəkildə investisiya qoyuruq - Nazir

11:06 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Azərbaycan İKT məhsullarının ixracı baxımından hazırda malik olduğu potensialdan geri qalır.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

O qeyd edib ki, Azərbaycan universitetlərinin İKT sahəsi ilə bağlı məzunlarının keyfiyyəti ilə bazar tələbləri arasında böyük uyğunsuzluq var.

Nazir buna təsir edən amilləri və səbəbləri izah edib:

"Düşünürük ki, buna təsir edən amillərdən biri bu sahə ilə bağlı kadrlarla əlaqədardır. Hər il Azərbaycan universitetlərini 2 000-dən çox İT mütəxəssisi bitirir. Əslində bu, bazarın tələb etdiyindən daha çoxdur. Biz insan kapitalına demək olar ki, bütün səviyyələrdə intensiv şəkildə investisiya qoyuruq. Məktəblərdə rəqəmsal bacarıqlar proqramımızı genişləndiririk. Universitet proqramlarını bütün ali məktəblərdə yüksəldirik və eyni zamanda artıq bir çox şirkətlərlə əməkdaşlıqda işçi qüvvəsinin bacarıqlarını artırırıq".

Müəllif: Elmir Murad