Azərbaycanda hidrogen strategiyası çərçivəsində üç ssenari nəzərdən keçirilib

11:39 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. Azərbaycan yaxşı inkişaf etmiş neft-qaz sənayəsi sayəsində uzun illərdir hidrogen istehsal edir.

ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova bildirib.

O qeyd edib ki, boz hidrogenin nə olduğunu attıq bilirlər.

"Bizim artıq təhlükəsizlik qaydalarımız var və hidrogen iqtisadiyyatının bu sahəsi ilə necə işləmək lazım olduğunu bilirik. Lakin bizə karbonun tutulması və saxlanması, eləcə də ola bilsin ki, istifadəsi üzrə əlavə araşdırmalar lazımdır. Bizim Azərbaycanın neft-qaz sənayesindən qaynaqlanan çox yaxşı bazamız var", - R.Hümbətova bildirib.

O həmçinin deyib ki, Azərbaycanda hidrogen strategiyası çərçivəsində üç ssenari nəzərdən keçirilib: "Hesab edirəm ki, balanslaşdırılmış ssenari hazırda ən real ssenaridir. Lakin əlbəttə ki, Azərbaycanda bərpa olunan enerji potensialını nəzərə alaraq, iddialı ssenariyə də üstünlük verə bilərik. Hər şey imkanlardan asılıdır. Hazırda biz EBRD-nin dəstəyi ilə işə başlayırıq. İnanırıq ki, bir ay ərzində məsləhətçi cəlb edəcəyik, çünki açıq tender artıq başa çatıb". © Report