09:35 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. ABŞ-ın yanacaq ehtiyatlarının azalması ilə bağlı məlumatların səbəb olduğu əvvəlki yüksəlişdən sonra cümə axşamı ticarətdə etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:30-a olan məlumata görə 0,36 (0,52%) azalaraq bir barel üçün 68,95-a düşüb. Sentyabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri 1,68 (2,48%) artaraq bir barel üçün 69,31-a çatıb.
Saat 09:30-a olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri 0,35 (0,54%), bir barel üçün 64,64-a düşüb. Sentyabrın 24 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri 1,58 (2,49%) artaraq bir barel üçün 64,99-a çatıb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkənin kommersiya neft ehtiyatları 607 min barel azalıb. Trading Economics-in məlumatına görə, bu, təxminən 800 min barel artım gözləyən mütəxəssislər üçün gözlənilməz oldu.
Ötən həftə benzinin əmtəə ehtiyatları 1,08 milyon barel, distillatlar isə 1,685 milyon barel azalıb.
Qiymətlərin kəskin artmasına ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı bəyanatları da təsir edib. Xüsusilə, prezident NATO ölkələrinin alyansın hava məkanında olduqları təqdirdə Rusiya Federasiyasının hərbi təyyarələrini vurmasının lehinə danışıb və Avropa ölkələrini Rusiya enerji daşıyıcılarının alınmasını dayandırmağa çağırıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026
6 Avqust 2026