11:31 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bütün iqtisadi kapitallaşması baxımından, Azərbaycan burada təbii olaraq təkcə coğrafi deyil, həm də logistika, energetika və bir çox digər sahələrdə mərkəz rolunu oynayır.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və region üçün dəyər təklifini məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır: "Forum çərçivəsində biz bir tərəfdən parçalanmış iqtisadiyyatı, digər tərəfdən isə inkişaf etməkdə olan iqtisadiyyatların rolunu müzakirə edirik. Daha geniş region baxımından Azərbaycan iqtisadi cəhətdən Yaxın Şərq regionuna da aid edilir və bu təsadüfi deyil. Çünki həyata keçirilən vizioner layihələr – ənənəvi güclü enerji sektorundan diversifikasiya istiqamətində, həmçinin siyasi çərçivə və kontekst baxımından daha aydın görünən iqtisadi inteqrasiyaya yönəlib". © Report
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026