10:54 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vaistəsi ilə alınan sifarişlər artıb.
ABC.AZ xəbər verir ki, Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 22-də 316 milyon 460 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,1 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 23-dən 29-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,1 % azdır.
Sentyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,02 %, sentyabrın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə 13,46 % azdır.
Həmçinin, sentyabrın 19-dan 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə 14,05 % azdır.
8 Avqust 2026
8 Avqust 2026