Neft bahalaşır, Brent barel başına $67,16 təşkil edir

09:44 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Bazar ertəsi hərracda etalon markaların qiyməti artır.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:40-a olan məlumata əsasən $0,48 (0,72%) artaraq bir barel üçün $67,16-a yüksəldi. Sentyabrın 19 – da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,76 (1,13%) azalaraq bir barel üçün $66,68-a enib.

Saat 09:40-a olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri $0,43 (0,69%) artaraq bir barel üçün $62,83-a yüksəlib. Sentyabrın 19 – da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,89 (1,40%) ucuzlaşaraq bir barel üçün $62,68-a düşüb.