18:35 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. İsveç 23,5 milyard dollar dəyərində yeni nüvə stansiyaları tikməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə yerli SVT telekanalının süjetində deyilir.
Telekanalın məlumatına görə, hökumət 220 milyard İsveç kronu (təxminən 20 milyard dollar) ayırır. İsveç hökuməti bu məbləği inşaat şirkətlərinə kredit şəklində verir.
Bundan əlavə, ölkə hakimiyyəti daha 290 milyard İsveç kronunu (təxminən 26,4 milyard dollar) mümkün riskləri və tikintinin başa çatmasını təmin etmək üçün ehtiyat olaraq ayırmağı planlaşdırır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026