ADNOC və tərəfdaşları “Santos” qaz şirkətini 18,7 milyard dollara almaqdan imtina ediblər

11:31 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. Abu Dhabi National Oil Co-nun (ADNOC) başçılıq etdiyi alıcılar konsorsiumu Avstraliyanın Santos qaz şirkətinin 18,7 milyard dollara satın alınması təklifini geri götürüb.

ABC.AZ xəbər verir ki, bu, şirkətlə üçüncü uğursuz əməliyyat cəhdidir.

Çərşənbə günü Sidneydə keçirilən hərraclarda Santos səhmlərinin dəyəri 0,5% azalıb.

Bununla birlikdə, Santos-un bazar kapitallaşması cari ilin əvvəlindən bəri 14,5%, S&P/ASX 200 fond indeksi isə 8% artmışdır.