ADB Azərbaycana maliyyə yardımını buna görə ayırır

10:47 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə maliyyə yardımı ayıracaq.

ABC.AZ xəbər verir ki, texniki yardım özəl sektorun inkişafını, regional əməkdaşlığı, rəqəmsal transformasiyanı, dayanıqlılığı və imkanların genişləndirilməsini təşviq etmək üçün maliyyə həlləri, bilik və tərəfdaşlıqların təmin edilməsinin yaxşılaşdırılmasına yönəlib.

Texniki yardımın ümumi nəticəsi özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılmasıdır. Bu nəticəyə nail olmaq üçün bir sıra komponentlər nəzərdə tutulub.

Buraya özəl sektora yüksək səmərəli investisiyaları stimullaşdırmağa yönəlmiş layihə portfelinin daha effektiv şəkildə formalaşdırılması və layihələrin işlənib hazırlanması; özəl sektor layihələrinin icrasının yaxşılaşdırılması; həmçinin özəl sektor vasitəsilə inkişafa təsirin qiymətləndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi daxildir. (© Report)