14:58 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
"Sentyabrın 13-də Aktau limanından BTC istiqamətində 8,8 min ton "Kaşağan" nefti yola salınıb, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır", - məlumatda qeyd olunur.
Xatırladaq ki, BTC ilə tədarük bu ilin avqustunda dayandırılmışdı. Səbəb bu marşrutla nəql edilən Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izlərinin aşkar edilməsi olub.
Şirkətin məlumatına görə, 2025-ci ilin 8 ayı ərzində BTC istiqamətində 0,9 milyon ton Qazaxıstan nefti nəql edilib. (© Report)
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026