“JOY Travel” şirkəti ilə bağlı yeni şikayətlər üzə çıxıb  

11:47 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az.   Bir neçə gün öncə Xətai rayon Prokurorluğunda “JOY Travel” şirkəti barəsində cinayət işi açılmışdı.

ABC.AZ xəbər verir ki, hazırda əlavə şəxslərdən də şikayətlər var.

Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib. “Biz dərhal müraciətlərə cavab vermişik. Şirkətin rəhbərlərindən biri barəsində həbs qətimkan tədbiri seçilib. İttihamın mahiyyətini təqsirsizlik prezumpsiyasına uyğun olaraq açıqlamırıq. Digər şəxslərin faktiki iştirakı ilə bağlı isə araşdırma aparılır və sonra hüquqi qiymətləndiriləcək”, deyə idarə rəisi bildirib.