10:45 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Bu ilin ilk 6 ayında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3,2 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkəyə birbaşa xarici investisiyaların həcmində ən çox yatırımlar Birləşmiş Krallıq, Türkiyə, Kipr, İsveçrə və İrandan edilib: "Azərbaycandan isə xaricə 3,4 milyard ABŞ dolları kapital repatriasiyası həyata keçirilib. Onun sözlərinə görə, bunun böyük hissəsi xam neft və təbii qaz formasında ixrac edilir.
Azərbaycan xarici iqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb. Ölkəmizdən xaricə birbaşa investisiyalarda ilk 5-likdə İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), ABŞ (77 milyon dollar) və Gürcüstan (77 milyon dollar) qərarlaşıb".
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026