15:34 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan və İraqda axtarış-kəşfiyyat işlərinin aparılması imkanını öyrənib.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü il üzrə hesabatında deyilir.
"2024-cü ildə Bolqarıstan və İraqda axtarış-kəşfiyyat layihələri qiymətləndirilib və investisiya qərarlarının qəbul edilməsi üçün SOCAR rəhbərliyinə təkliflər verilib", - hesabatda qeyd olunur.
Həmçinin ötən il Azərbaycanın quru sahələrində neft-qaz hövzələrinin perspektivliyinin qiymətləndirilməsi həyata keçirilib.
Xüsusilə yüksək karbohidrogen potensialına malik "Məşəl" strukturunun dayaz laylarının qaz ehtiyatları, "Qoşadaş" strukturu və "Oğuz" perspektivli sahələri qiymətləndirilib.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026