11:34 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Şirkətin səhmləri İPO qiymətinə görə 64% artıb. Nəticədə kapitallaşma 4 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, əkizlər Mark Zuckerberg ilə məhkəmə çəkişmələri ilə məşhurlaşıblar. Sosial şəbəkənin ideyası onlara məxsus idi, Markı isə proqramçı kimi cəlb etmişdirlər. Lakin Zuckerberg Facebook-u onlarsız, təkbaşına işə saldı. 2008-ci ildə əkizlər Zuckerberg-dən təzminat qismində 65 milyon dollar aldılar.
2012-ci ildə bitkoin 10-12 dollar dəyərində olduqda bu kriptovalyutaya 1 milyon dollar sərmayə qoymuşdurlar.
Qardaşlar, 2014-ci ildə, Nyu-Yorkun maliyyə xidmətləri Departamentindən lisenziya alaraq Gemini şirkətini təsis etdilər.
2017-ci ildə bitcoin qiyməti 20 min dollara yüksəldi və Uinklvoss əkizləri ilk kriptomilyarderlər oldular. Hələ 2021-ci ildə əkizlərin sərvəti 6-8 milyard dollar həcmində qiymətləndirilirdi.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026