14:03 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-avqust aylarında avtomobil benzini istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb və 946,4 min ton təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bununla belə, istehsal həcmindəki azalma bir qədər bərpa edilib. İyula qədərki illik azalma 3.8% idi.
Eyni dövrdə dizel yanacağı istehsalı isə 4,1% artaraq 1 milyon 628,8 min ton həcmində qeydə alınıb.
Yanacaq ehtiyatlarına gəldikdə isə, 1 sentyabr 2025-ci il vəziyyətinə avtomobil benzini ehtiyatı 53,2 min ton, dizel yanacağı isə 158 min ton səviyyəsində olub.
Digər neft məhsulları sahəsində – ağ neft istehsalı 7,5% artaraq 463,1 min ton, maye qaz istehsalı isə 13,9% artaraq 150,9 min ton təşkil edib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026