Norveçin suveren Fondu külək və günəş enerjisinə investisiyaları genişləndirir

17:12 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Norveçin suveren Fondu bərpa olunan enerji mənbələrinə, o cümlədən elektrik şəbəkəsinə investisiyaların genişləndirilməsi planlarını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə Norveç suveren sərvət Fondunun enerji və İnfrastruktur Departamentinin rəhbəri Harald von Hayden bildirib.

Fond artıq Avropada külək və günəş enerjisi sahəsində aktivlərə malikdir. Fondun bu sahəyə cari investisiya həcmi 8 milyard dollar təşkil edir. Fondun bu sahədən olan şirkətlərə 38 milyard dollara qədər investisiya qoymaq planları var.

Norveçin suveren Fondu ilk dəfə 2021-ci ildə Borssele külək stansiyasındakı 50% payı 1,4 milyard avroya alaraq alternativ enerjiyə sərmayə qoyub.