Türkiyə və BP LNG tədarükünə dair üç illik müqavilə bağladılar

11:53 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Türkiyənin dövlət enerji şirkəti BOTAS və Britaniyanın BP konsernləri üç il müddətinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Milanda Gastech 2025 forumunda bildirib. Təchizat həcmi ildə təxminən 1,6 milyard kubmetr və ya bütün müqavilə dövrü üçün 4,8 milyard kubmetr təşkil edəcək.

Nazir qeyd edib ki, saziş qış dövründə tədarükün etibarlılığını artıracaq, qaz mənbələrinin şaxələndirilməsini artıracaq və daha çox kommersiya çevikliyini təmin edəcək. Onun sözlərinə görə, Türkiyənin daxili enerji istehlakı sürətlə artır: ölkə hər il təxminən 350 TVT/saat elektrik enerjisindən istifadə edir və bu göstərici yaxın 30 ildə üç dəfə arta bilər.