İraq “Exxon Mobil” ilə Asiya, Avropa və ABŞ-da neft anbarlarının yaradılmasını müzakirə edir

16:07 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. İraq “Exxon Mobil” ilə Asiyanın obyektlərində və digər xammal bazarlarında neftin saxlanması ilə bağlı danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə SOMO rəhbəri Əli Nizar məlumat verib.

İraq Dövlət Neft Şirkəti SOMO, Sinqapurda və "Asiya və Avropa da daxil olmaqla əhəmiyyətli bazarlara çıxışı olan digər yerlərdə" rezervuarların inşasını qiymətləndirir. Bloomberg yazır ki, ABŞ-dakı variant da şirkət tərəfindən mümkün hesab olunur.

Onun sözlərinə görə, bu, qeyri-sabitlik dövründə alıcılara davamlı tədarük təmin etməyə kömək edəcək.