14:22 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. İran və Rusiya nümayəndələri yaxın vaxtlarda Tehranda İrana tədarük üçün Rusiya qazının qiyməti ilə bağlı danışıqlar aparacaqlar.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
"Gələn həftə ərzində Rusiya enerji sektorunun nümayəndələri İranın Rusiyadan qaz idxalını yekunlaşdırmaq üçün Tehrana gələcəklər", - Tasnim agentliyinin verdiyi məlumata görə, Cəlali bildirib.
Onun sözlərinə görə,"qiymət məsələsi istisna olmaqla, bütün məsələlər hazırlanıb, Rusiya tərəfi ilə qiymətlə danışıqlar aparmağa razılıq verilib".
8 Avqust 2026
8 Avqust 2026