09:53 - 8.09.2025
\8 sentyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:49-a olan məlumata əsasən $0,96 (1,47%) artaraq bir barel üçün $66,46-a yüksəlib. 5 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $1,49 (2,22%) – bir barel üçün $65,50-a qədər ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:49-a olan məlumata əsasən $0,92 (1,49%) artaraq bir barel üçün $62,79-a yüksəlib. Sentyabrın 5-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,61 (2,54%) azalaraq bir barel üçün $61,87-a düşüb.
Ötən həftə Brent markalı neft 2,93% WTI nefti isə 3,34% ucuzlaşıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026