16:02 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.
TDT-nin rəsmi vebsaytında bildirilib ki, 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.
Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.
Görüşün gündəliyi hələlik məlum deyil.
Qeyd edək ki, Zirvə Toplantısında üzv və müşahidəçi ölkələrin liderlərinin iştirak edəcəyi qeyd olunur.