12:16 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur.
ABC.AZ “AzərEnerji” ASC-yə istinadən xəbər verir ki, Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb.
Belə ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026