Bakıda mənzillərin kirayə qiyməti qonşu ölkələrdəkindən ucuzdu

11:55 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. 2025-ci ilin ilk yarısında Bakıda mənzil kirayəsi qonşu paytaxtlara nisbətən daha münasib olub.

ABC.AZ xəbər verir ki, bu dünyanın ən böyük məlumat bazalarından biri olan "Numbeo" resursunda dərc olunan reytinq siyahısında qeyd edilib.

Belə ki, şəhərin mərkəzində orta aylıq kirayə bir otaqlı mənzil üçün 478 ABŞ dolları, üç otaqlı mənzil üçün isə 964 ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu qiymətlər Yerevanda 748 və 1 256 ABŞ dolları, Tbilisidə isə 713 və 1 376 ABŞ dolları arasında dəyişir.