17:31 - 29.08.2025
29 avqust, Fineko/abc.az. Yaponiya və Hindistan bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat və təhlükəsizlik məsələləri üzrə ikitərəfli münasibətlərin inkişafını aktivləşdirir, Tokio isə yaxın on ildə Yaponiyanın özəl investisiyalarının həcmini Hindistan iqtisadiyyatına 10 trilyon yen (68 milyard dollar) çatdırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Tokioda baş nazir Narendra Modi ilə aparılan danışıqların nəticələrinə əsasən Yaponiya hökumətinin başçısı Şigeru Isiba bildirib.
Daha əvvəl Tokioda Yaponiya-Hindistan biznes forumunda çıxış edən Isiba, Yaponiyanın Sənaye və İnsan Resursları əməkdaşlığı da daxil olmaqla Hindistanla ikitərəfli iqtisadi münasibətləri fəal şəkildə inkişaf etdirəcəyini demişdi.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026