12:27 - 29.08.2025
29 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib.
ABC.AZ xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026