Aİ ABŞ-dan istehsal olunan mallara rüsumları ləğv etmək istəyir

17:21 - 21.08.2025


21 avqust, Fineko/abc.az. Avropa İttifaqı ABŞ-dan bütün sənaye məhsullarına tətbiq olunan rüsumların ləğvinə hazır olduğunu və Amerikanın dəniz məhsulları ilə kənd təsərrüfatı məhsullarının – qoz-fındıq, süd məhsulları, meyvə, tərəvəz və ət də daxil olmaqla – bazara çıxışının genişləndiriləcəyini bəyan edib.

ABC.AZ xəbər verir ki, buna cavab olaraq, Vaşinqton AB mallarına 15% tarif tətbiq etməyi öhdəsinə götürüb və 1 sentyabr 2025-ci ildən etibarən təyyarələr və onların hissələri, həmçinin əczaçılıq generikləri və kimyəvi prekursorlar kimi kateqoriyalar üçün ən əlverişli rejimlə məhdudlaşıb.

Bundan əlavə, Aİ ABŞ-ın hərbi və müdafiə avadanlıqlarının alışını artırmaq niyyətindədir ki, bu da tərəflər arasında yeni iqtisadi-ticarət əməkdaşlığının bir hissəsi olacaq.