16:46 - 12.08.2025
12 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 101,6 mln. manat xərclənib.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 6% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
8 Avqust 2026
8 Avqust 2026