AQTİ-nin xalis mənfəəti 9,2 faiz azalıb

12:21 - 29.07.2025


29 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ili 3,462 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ İnstitutun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,2 % azdır.

Ötən il Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əsas əməliyyat gəlirləri 21,442 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), sair əməliyyat gəlirləri 11,021 milyon manat (8,6 % çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,541 milyon manat (16,6 % çox), işçi heyəti üzrə xərcləri 14,499 milyon manat (21,8 % çox), amortizasiya xərcləri 5,933 milyon manat (0,5 % çox), sair əməliyyat xərcləri 3,162 milyon manat (22 % çox), mənfəət vergisi ödəmələri isə 866 milyon manat (9,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aktivləri 55,99 milyon manat olub ki, bu da illik müqayisədə cüzi çoxdur. Hesabat dövründə İnstitutun öhdəlikləri 3,4 dəfə azalaraq 744 min manata, balans kapitalı isə 3,3 % artaraq 55,245 milyon manata çatıb.