12:00 - 24.07.2025
24 iyul, Fineko/abc.az. Rəqəmsal platforma təsirçiləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 müraciət daxil olub.
ABC.AZ xəbər verir ki, müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə isə araşdırma davam etdirilir.
Qeyd edək ki, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir. (Modern.az)
28 İyul 2026