İraq və Türkiyə yeni enerji sazişini müzakirə edirlər

16:06 - 22.07.2025


22 iyul, Fineko/abc.az. İraq Türkiyənin 2026–cı ilin yayında Kərkük-Ceyhan neft kəməri müqaviləsinin sona çatması ilə bağlı yeni enerji sazişi təklifini nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, İraqın Neft Nazirliyinin məlumatına görə, Türkiyə neft, qaz, neft-kimya və elektrik enerjisini əhatə edən daha geniş razılaşma təklif edir.

Neft kəməri ilə tədarük 2023-cü ildə müqavilənin şərtlərini pozan arbitraj qərarından sonra dayandırılmışdı. İyulun 17-də İraq və Kürdüstan Federal şirkət vasitəsilə neftin birgə ixracı barədə razılığa gəlmişdirlər.

Bu Saziş Bağdad və Kürdüstan arasında maliyyə münasibətlərini yaxşılaşdırmaq məqsədi daşıyır, burada gündə təxminən 280 min barel neft hasil olunur.