Neft bahalaşır, Brent bir barel üçün $69,38 təşkil edir

09:18 - 21.07.2025


21 iyul, Fineko/abc.az. Ötən həftənin enişindən sonra bazar ertəsi keçirilən ticarətdə etalon markaların qiyməti cüzi yüksəlir.

Saat 09:10-a olan məlumata əsasən, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti $0,10 (0,14%) artaraq bir barel üçün $69,38-a yüksəlib. İyulun 18 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $0,24 (0,35%) ucuzlaşaraq bir barel üçün $69,28 təşkil edib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:10-a olan məlumata əsasən, $0,16 (0,24%) artaraq bir barel üçün $67,50-a yüksəlib. İyulun 18 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $0,20 (0,30%) ucuzlaşaraq bir barel üçün $67,34-a düşüb.

Ötən həftə Brent markalı neft 1,62%, WTI neft isə 1,53% ucuzlaşıb.