16:20 - 10.07.2025
10 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın dəniz limanlarında yükləmə və boşaltma işlərinin həcmi 3 482 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artım deməkdir.
ABC.Z Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən böyük pay 2 880,9 min tonla tranzit yüklərin payına düşüb və bu, əvvəlki ilə nisbətən 7,6 faiz artıb. İxrac yükləri 62,6 min ton təşkil edərək 5,4 faiz artıb, lakin idxal yükləri 485,6 min tona düşüb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalma deməkdir.
Kabotaj yükləri isə ötən il qeydə alınmadığı halda, bu il 25,2 min ton olub. Dəniz nəqliyyatı ilə əlaqəsi olmayan yüklərin həcmi isə 28,2 min ton təşkil edib və bu sahədə 30,2 faiz azalma baş verib.
8 Avqust 2026
8 Avqust 2026