13:55 - 24.09.2018
24 sentyabr, Fineko/abc.az. Sinoptiklər vəd ediblər ki, sabah, sentyabr ayının 25-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Temperatur göstəriciləri yarımadada gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 50-55% olacaq.
Rayonlarda da sentyabrın 25-də hava əsasən yağmursuz keçəcək, səhər isə bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026