Neft ucuzlaşır, Brent bir barel üçün $69,99 təşkil edir

09:01 - 9.07.2025


9 iyul, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə artımdan sonra çərşənbə günü ticarətdə etalon markaların qiyməti aşağı düşür.

Saat 08:57-ə olan məlumata əsasən, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri $0,16 (0,23%) azalaraq bir barel üçün $69,99-a düşüb. 8 iyul ticarətinin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $0,57 (0,82%) artaraq bir barel üçün $70,15-a yüksəlib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçersləri saat 08:57-ə olan məlumata əsasən $0,17 (0,25%), bir barel üçün $68,16-a düşüb. 8 iyul ticarətinin nəticələrinə görə,  WTI neftinin avqust fyuçersləri $0,40 (0,59%) bahalaşaraq bir barel üçün $68,33-a yüksəlib.