15:48 - 4.07.2025
4 iyul, Fineko/abc.az. Avstraliyanın “Santos” şirkəti, dünyanın ən iri LNG ixracatçısı – “QatarEnergy”nin törəmə şirkəti olan “QatarEnergy Trading” ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair orta müddətli müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, müqavilə çərçivəsində “Santos” 2026-cı ildən başlayaraq iki il ərzində hər il 0,5 milyon ton LNG tədarük edəcək.
Təchizat şirkətin LNG sektorundakı müxtəlif aktivlərindən həyata keçiriləcək.
10 Avqust 2026