“AzInTelecom” MMC rentabelli işləyirmi?

11:07 - 2.07.2025


2 iyul, Fineko/abc.az. Bu gün “AzInTelecom” MMC-nin təsis edilməsindən 10 il ötür.

ABC.AZ olaraq "AzinTelecom"un keçmişinə nəzər salıb, dövlətə məxsus şirkətin bu illər ərzində necə işlədiyini araşdırmışıq.

Belə ki, şirkət  2023-cü ili 25,379 milyon manat mənfəətlə başa vurub. Bu isə 2022-ci illə müqayisədə şirkətin mənfəətinin təxminən 6,1 dəfə azalması deməkdir.

2022-ci illə müqayisədə şirkətin 2023-cü ildə idarəetmə xərcləri 42%, kredit zərərləri 25,6 dəfə, qeyri-maddi aktivlərin dəyərsizləşməsi 2,5 dəfə artıb. Bu da göstərir ki, gəlirlər artdığı halda, müxtəlif xərclərdə əhəmiyyətli yüksəliş mənfəəti sıxışdırıb. 2024-cü il yanvarın 1-nə şirkətin aktivləri 1,485 milyard manat, öhdəlikləri 398,8 milyon manat, balans kapitalı isə 1,086 milyard manat təşkil edib. Bu, sabit kapital quruluşunu və müsbət maliyyə dayanıqlılığını göstərir, aktivlərin böyük bir hissəsi öz kapitalı ilə maliyyələşdirilir.

Müəllif: Elmir Murad