09:33 - 2.07.2025
2 iyul, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə cüzi artımdan sonra çərşənbə günü ticarətdə neftin etalon markalarının qiyməti sabitdir.
Saat 09:30-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri $0,03 (0,04%) artaraq bir barelə $67,14-a yüksəlib. İyulun 1-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $0,37 (0,55%) artaraq bir barelə $67,11-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:30-a olan məlumata görə, $0,01 (0,02%), bir barel üçün $65,44-a düşüb. İyulun 1-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $0,34 (0,52%) bahalaşaraq bir barel üçün $65,45-a yüksəlib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026