Kreml: Moskva Bakı ilə mehriban münasibətlərə köklənib

16:26 - 30.06.2025


30 iyun, Fineko/abc.az. "Rusiya Azərbaycanla yaxşı münasibətləri inkişaf etdirmək əzmindədir".

ABC.AZ xəbər verir ki, bu barədə Kremlin rəsmi spikeri Dmitri Peskov bildirib. 

O qeyd edib ki, Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında söhbət yaxın vaxtlarda planlaşdırılmır, lakin lazım gələrsə, baş tuta bilər. 

Xatırladaq ki, iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda 2001-ci ildə törədilmiş qətl cinayət işinin istintaqı çərçivəsində əməliyyat keçiriblər və iki nəfər soydaşımızı öldürüblər. 
İnsident Bakı tərəfindən sərt reaksiya doğurub, Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətindən hərtərəfli araşdırma aparmağı tələb edib.