Turistlərin ən çox getdiyi rayonlar - Siyahı

14:03 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Azərbaycanın müxtəlif bölgələri turistlər arasında fərqli səbəblərə görə populyardır.

ABC.AZ həm yerli, həm də xarici turistlərin ən çox səfər etdiyi rayonların siyahısı və səbəbləri barədə araşdırma aparıb.

1. Qəbələ

Səbəblər: Təbii gözəlliklər, dağ mənzərələri, istirahət mərkəzləri.

Məşhur yerlər: Tufandağ xizək kompleksi, Nohur gölü, Yeddi gözəl şəlaləsi.

2. Şəki

Səbəblər: Tarixi və mədəni irs, UNESCO siyahısında yer alması.

Məşhur yerlər: Şəki Xan Sarayı, Karvansaray, Alban məbədləri.

3. Quba

Səbəblər: Təbii mənzərə, dağ kəndləri, alma bağları.

Məşhur yerlər: Xınalıq kəndi, Qəçrəş meşəsi, Afurca şəlaləsi.

4. Lənkəran və Lerik

Səbəblər: Subtropik iqlim, uzunömürlülər diyarı, təbiət.

Məşhur yerlər: Hirkan Milli Parkı, Lənkəran qalası, Zuvand yaylası.

5. Naftalan

Səbəblər: Sağlamlıq turizmi.

Xüsusiyyət: Dünyaca məşhur müalicəvi Naftalan nefti.

6. Qax və Zaqatala

Səbəblər: Təbii gözəlliklər, etnik və mədəni müxtəliflik.

Məşhur yerlər: İlisu kəndi, Zaqatala Qülləsi, dağ yürüşləri.

7. Xızı

Səbəblər: Unikal landşaft (Qırmızı dağlar), sakitlik, ekoturizm.

Müəllif: Elmir Murad