Fidan: İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci turu konstruktiv şəkildə keçirilib

11:41 - 3.06.2025


3 iyun, Fineko/abc.az. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, iyunun 2-də İstanbulda Ukrayna ilə bağlı birbaşa danışıqların ikinci raundu konstruktiv şəraitdə keçib.

ABC.AZ xəbər verir ki, o, tərəflərin yaxın günlərdə mübadilə etdikləri memorandumlar üzərində texniki səviyyədə işə başlayacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, yeni İstanbul görüşü zamanı tərəflər liderlər səviyyəsində mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər.

“Liderlərimizin kollektiv iradəsini rəhbər tutaraq, müharibənin yaratdığı itkilərə son qoymaq üçün hər iki tərəfin nümayiş etdirdiyi nəticəyə yönəlmiş yanaşma təqdirəlayiqdir”, — deyə Fidan vurğulayıb.