15:15 - 23.05.2025
23 may, Fineko/abc.az. 2024-cü ildə əmlakın leqallaşdırılması ilə bağlı cinayətlərdən dövlətə dəyən ziyan 28 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“2024-cü ildə istintaqı tamamlanan cinayət işləri üzrə dövlətə 28 milyon manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bu vəsaitin mühüm hissəsi bərpa edilib, 13 milyon manatdan çox vəsaitin geri qaytarılması üçün əmlakların üzərinə həbs qoyulub. Leqallaşdırma cinayətləri əsasən rəsmi sənədlərə və informasiya sistemlərinə bilərəkdən yalan məlumatların daxil edilməsi, vəsaitlərin müxtəlif maliyyə əməliyyatları ilə gizlədilməsi və mənimsənilməsi yolu ilə həyata keçirilib”, - deyə T.Vəlibəyov bildirib.
O həmçinin qeyd edib ki, son illərdə onlayn mərc platformaları və kriptovalyutalardan istifadənin artması cinayətlərin törədilməsində yeni yanaşmaları və istintaq metodologiyalarını zəruri edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026