14:17 - 23.05.2025
23 may, Fineko/abc.az. Maliyyə Nazirliyi dövlət qiymətli kağızların emissiyasına yenidən başlayacaq.
ABC.AZ xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Maliyyə Nazirliyi ilin əvvəlindən etibarən istiqrazlar bazarına yenidən çıxış etmir. Onun sözlərinə görə, depozit hərraclarının keçirilməsi, əslində, büdcədə artıq və sərbəst vəsaitlərin mövcud olması səbəbindəndir. Belə olan təqdirdə də bazardan vəsait cəlb olunması o qədər də tutarlı olmazdı.
"Amma bunu da qeyd edim ki, çox çəkmədən, qısa bir müddətdən sonra artıq biz təkrar bazara geri qayıdaraq dövlət qiymətli kağızlarının emissiyasına yenidən başlayacağıq", - A. Mürsəqulov vurğulayıb.
27 İyul 2026